
Meditasiya və Şəfa Proqramları:
Paket seansları – fərqli mövzularda ardıcıl 5 və ya 10 seanslıq proqramlar, hər biri bir-birini tamamlayır və davamlı işlənilən travmaların dərinləşdirilərək həll olunmasına kömək edir. Hər seansda müvafiq mövzulara fokuslanaraq, travmanın kökünü tapıb, onu şifalandırırıq. Bu ardıcıl yanaşma ilə travmalarınızı daha effektiv şəkildə işləyə və azad ola bilərsiniz.
Qrup Seansları – Online: Hər bir iştirakçıya fərdi yanaşaraq, kollektiv enerji sahəsində ruhsal səviyyədə bütün travmalara toxunuruq. Ortaq bir enerji içində, suallar və meditasiya ilə işləyərək, düzgün nəfəs texnikaları ilə şəfa veririk. Birlikdə şəfa tapın və travmalarınızı aradan qaldırın.
Uzaqdan Şəfa Texnikası : İstər bir neçə kilometr, istərsə də uzaq bir məsafədə olun, biz ruhsal bir bağ qururuq. İştirakçının razılığı ilə terapevt güclü bir enerji ilə bu bağ üzərindən keçmiş travmalarını, hazırkı çətinliklərini görərək ona doğru yolu göstərir. Bu, çox dərin və şamanik bir seansdır, enerji və ruhsal bərpa uzaqdan da hiss edilir.
Sizin üçün ən təsirli meditasiya videolarını seçdik. Zehninizi sakitləşdirin, enerjinizi balanslayın və daxili harmoniyanıza qovuşun. 💙✨
İç dünyanızı anlamağa və dərinliklərinə nüfuz etməyə kömək edən bu terapiya, duyğularınızı və blokajlarınızı aşaraq, daha sağlam və mənalı bir əlaqə qurma imkanı yaradır.