Salam, mən Qumru Gul

Şüurlu terapiya, Theta Healing və nəfəs texnikaları ilə sizə fərdiləşdirilmiş və paket seanslar təqdim edirəm. Hər bir seans, sizin spesifik ehtiyaclarınıza uyğun şəkildə hazırlanır və profesional həyata keçirilir. Bu proses, stresin azaldılması, daxili balansın bərpası və şəxsi inkişaf üçün unikal imkanlar təqdim edir. Hedefimiz, ruh və bədən harmoniyanızı təmin etmək, daha sağlam bir həyat tərzi əldə etmənizdir. 

Xilaskarı Axtararkən Özümü Tapdım!

Hər birimizin təkamül yolçuluğunda ruhunun oyandığı, həyatı daha fərqli pəncərədən baxdığı anlar olub. Mənim də ruhumun oyanışı 7 il əvvəl başladı. Yaşadığım təcrübələr mənə həyatı daha dərindən anlama fürsəti yaratdı. 7 il əvvəl çıxdığım bu yolda niyyətim içimdəki yaralı olan məni sağaltmaq idi. Daxilimdə illərdir gizlətdiyim, görməzlikdən gəldiyim yaralı bir uşağın olduğunun fərqində oldum. Hansı ki, içimdəki yaralı mən uzun illər yaşadığı bütün həyat imtahanlarında xilaskar gözlədi. İlahi sistemin ona göstərdiyi dərsi görməzlikdən gəlib, bir gün bir xilaskarın gəlib onu işıqlı dünya ilə tanış edəcəyini gözlədi.

Yaşadığım bütün təcrübələr göstərdi ki, insan övladının gözlədiyi xilaskar heç vaxt gəlməyəcək. İlk əvvəl insan ruhunun oyanışına qulaq verməli, bu oyanışla gələn dəyişikliyi sevgi ilə qəbul etməlidir. İlk dəfə bunu fərq etdiyim anda şəfalanmağı, ruhuma ağır gələn bütün karmalardan təmizlənməyi niyyət etdim. Dəyişiklik bir anda olmadı, amma zaman içində elə bir dəyişikliklər yaşadım ki, içimdəki şəfakar kimliyimlə tanış oldum. İnsanların daxillərindəki yaralı kimlikləri görüb onları anlaya bildiyimin və bu yolda onlara dəstək ola bildiyimin fərqində oldum.

Bu yola girdiyim gündən bəri hər gün öz üzərimdə dayanmadan işlədim. Özüm sağaldıqca, ruhsal oyanış yaşayan insanlara ruhsal olaraq rəhbərlik edə bildiyimin fərqində oldum. Aldığım təlimlərlə və etdiyim praktikalarla özümü daha da inkişaf etdirdim. Allah məni yüzlərlə gözəl ruhlu insanla tanış etdi. Hər biri ilə gözəl ruhsal bağlar yaratdıq. Çıxdığımız bu yolda birlikdə sağalır, birlikdə gözəl nailiyyətlər əldə edirik. Mənimlə bu yolda irəliləməyi seçən hər kəsə sevgi ilə qucaq açıram. Yolumuz işıq və sevgi olsun.

Missiyam

Şüurlu terapiya, Theta Healing və nəfəs texnikaları ilə hər kəsin unikal ehtiyaclarına uyğun fərdiləşdirilmiş seanslar təqdim edərək, sağlamlıq və rifahı artırmaq. Müştərilərimizin ruhsal və emosional vəziyyətlərini yaxşılaşdırmağa yönəlmiş metodlardan istifadə edirik. Hədəfimiz, hər insanın içindəki gücü kəşf etməsinə kömək etməkdir.

Nəticələrimiz

Müştərilərimlə birlikdə uğurlu nəticələr əldə edərək, onların həyatlarında müsbət dəyişikliklər yaratmağı hədəfləyirəm. Fərqli texnikalar və yanaşmalar vasitəsilə, hər bir seansın dəyərini artırmağa çalışıram. Müştərilərimizin irəliləyişini izləyərək, onlara dəstək olmağı prioritet hesab edirəm.

Hər Kəsə Fərdi Dəstək və İnkişaf

Daxili balansını tapmaq, yaralarını şəfalamaq və özünü yenidən kəşf etmək istəyirsənsə, səni nəfəs terapiyası, fərdi koçluq və güclü dönüşüm workshoplarıma dəvət edirəm. Onlayn və üz-üzə seanslarla sənə uyğun fərdi yanaşma təqdim edirəm. Sən hazırsansa – mən buradayam.